"Yasadıgım məhəllənin yolları bərbad vəziyətdədir. Körpələrimiz palcıqdan məktəbə belə gedə bilmir” – bu fikirləri Belediyye.infoya Cəlillabad rayon Privolnoye kənd sakini Ağayev Kamran Kamil oglu bildirib. K.Ağayevin sözlərinə görə, bu gün bələdiyə öhdəliyinə düşən işləri görsə, vətəndaşın da bələdiyyədən şikayəti ölmaz.
“Biz Bələdiyyənin illik vergi fonduna öhdəmizə düşən vəsaiti köcürürük. Bələdiyyə də o vəsait hesabına üzərinə düşən işləri gorməlidir. Lakin biz bələdiyənin hələ bu vaxta qədər bir işini gorməmişik. Biz demirik bələdiyyə yola asfalt çəksin, sadəcə ara yollarımız qalsın bu tərəfə, mərkəzi kücələrin yolları çala-çökək baxımsız bərbad vəziyyətdədir, yəni ən azından bunu görən kəndin bələdiyyəsinin və ərazi icra numayəndəsini narahat etmirmi? Axı onlar da bu kənddə yaşayırlar.
Bələdiyə torpaqlari qeydiyatlı-qeydiyyatsız vətəndaslara necə gəldi satılır, yeni küçələr salınır, sonrakı işlər qalır vətəndaşın üzərində, o da ki vətəndaşın çəkəcəyi yuk deyil axı…
Bizim kəndə xalqa xidmət edən bələdiyyə lazımdır, öz cibinə xidmət gostərən yox…”
Məsələyə münasibət bildirmək üçün Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sədri Qənbər Məmmədovla telefon əlaqəsi yaratdıq:
- 2014-ci ildə bələdiyyə seçkilərinə üzv, sonrada bələdiyyə sədri seçilmişəm. Bugün bələdiyyəmizin ərazisində 1400 təsərrüfat var və 5000 nəfərdən artıq sakin yaşayır. Yerli vergiləri yığmaqda çox çətinliyimiz var. Ötən il cəmi 3000 manat büdcə gəlirimiz olub.
Bu gün bizim doqquz nəfər bələdiyyə üzvümüzlə hər hansı işi görmək üçün maliyyəmiz çatışmır. Maliyyəmiz olduğu təqdirdə qaldırılan problemin aradan qaldırılmasına çalışacağıq.
Sonda sədr bu günlərdə vətəndaşı qəbul edərək problemi birgə müzakirə edəcəyini də deməyi unutmadı
P.S. Mövzunu diqqətdə saxlayacağıq
P.S.S. Fotonu K.Ağayev təqdim edib
Belediyye.info